BMT Pakistanda törәdilәn terror aktlarını qınadı
BMT Tәhlükәsizlik Şurasından verilәn bәyanatda deyilir: ‘‘BMT Tәhlükәsizlik Şurasının üzvlәri Çinin Karaçi şәhәrindәki konsulluğuna edilәn xain hücumu qınayır’’.
Birlәşmiş Millәtlәr Tәşkilatının Tәhlükәsizlik Şurası Pakistanın Peşavәr vә Karaçi şәhәrlәrindә törәdilәn terror aktlarını qınayıb.
BMT Tәhlükәsizlik Şurasından verilәn bәyanatda deyilir: ‘‘BMT Tәhlükәsizlik Şurasının üzvlәri Çinin Karaçi şәhәrindәki konsulluğuna edilәn xain hücumu qınayır’’.
Bәyanatda hәmçinin bir tettorçu-kamikadze tәrәfindәn Peşavәrin Orazkai bölgәsindәki mәdrәsәnin qarşısında törәdilәn terror aktı da qınanıb.
‘‘BMT Tәhlükәsizlik Şurasının üzvlәri törәdilәn terror aktları nәticәsindә hәlak olanların ailәlәrinә vә Pakistan hökumәtinә dәrin hüznlә başsaqlığı, xәsarәt alanlara şәfa dilәyir’’,-deyә bәyanatda vurgulanıb.
Qeyd edәk ki, Pakistanın Peşavәr şәhәrindәki mәdrәsәnin qarşısında törәdilәn terror aktı nәticәsindә 30 nәfәr hәlak olmuşdu.
Çinin Karaçi şәhәrindәki konsulluğuna edilәn hücum nәticәsindә isә iki polis әmәkdaşı ilә iki mülki vәtәndaş dünyasını dәyişmişdi.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.