Yens Stoltenberq: "NATO müdaxiləyə deyil, yardıma hazırdır"

NATO baş katibi Yens Stoltenberq Liviyadakı siyasi qeyri-sabitliklə bağlı NATO-nun müdaxiləyə deyil, yardıma hazır olduğunu söylədi.

1093401
Yens Stoltenberq: "NATO müdaxiləyə deyil, yardıma hazırdır"

NATO baş katibi Yens Stoltenberq İtaliyanın paytaxtı Romada keçirilən MED- Aralıq Dənizi Dialoq Forumunda iştirak etdi.
 
 Forumda çıxış edən Stoltenberq: "İraq və Əfqanıstandakı təcrübələrimizdən aldığımız dərs əvvəlcədən tədbir görməyin müdaxilə etməkdən daha yaxşı olduğunu göstərdi. NATO-nun öz qüvvələri ilə müdaxilə etməsindənsə, ölkələrin öz sabitliklərini təmin edəcək yerli qüvvələrə təlim keçməsi daha məqsədəuyğundur" dedi.
 
"Terror təşkilatı DEAŞ-a qarşı mübarizədə ilk sıralarda olan ordusunun qətiyyəti və cəsarətinə görə İraqa təşəkkür edirəm" deyən baş katib İraqın terror təşkilatı DEAŞ-a qarşı mübarizəsinin hər kəs üçün əhəmiyyətli olduğunu bildirdi.
 
 Stoltenberq DEAŞ-la əlaqədar bunları söylədi: "Terör təşkilatı DEAŞ məğlub edilməsəydi və bir dövlət qurmağa nail olsaydı, xalq üzərində uzunmüddətli təsiri olacaqdı və eyni zamanda, hamımıza da güclü bir şəkildə təsir edəcəkdi. Çünki ölkələrimizə hücum etmək üçün lazım olan maliyyə vəsaiti təminatının və təşkilatlanmanın bazasına sahib olacaqdı".

 NATO-nun İraqdakı yerli qüvvələrin təlimi missiyasına davam edəcəyini ifadə edən baş katib terror təşkilatı DEAŞ-ın geri qayıtma ehtimalının qarşısını almaq və təhlükəsizlik qüvvələrinin gücünü artırmaq üçün İraqda qalacaqlarını qeyd etdi.



Әlaqәli Xәbәrlәr