Səfər xərclərinə görə istefa etdi

Norveçli BMT rəsmisinin səyahət xərclərinin təxminən 500 milyon dollar olduğu ortaya çıxdı.

1092187
Səfər xərclərinə görə istefa etdi

  Birləşmiş Millətlər Təşkilatı (BMT) Ətraf Mühit Proqramının (UNEP) direktoru Erik Solheim təxminən yarım milyard dollarlıq səyahət xərclərinə görə istefa etdi.

  Norveçli BMT rəsmisinin səyahət xərclərinin təxminən 500 milyon dollar olduğu ortaya çıxdı.

  İngiltərənin “The Guardian” qəzeti E.Solheimın 668 günün 529-unu səfərlərdə keçirdiyi, təyyarə və otel xərclərinin təxminən yarım milyard dollar olduğunu yazıb.

  BMT baş katibinin sözçüsü Stefan Duyaric (Stephane Dujarric) açıqlama verərək bildirib ki, baş katib Antonio Quterres Erik Solheimın istefasını qəbul edib.

  Qeyd edək ki, E.Solheim 2016-cı ilin iyun ayından BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində Nairobi (Keniya) üzrə direktoru vəzifəsində çalışırdı.



Әlaqәli Xәbәrlәr