İngiltərə bu qərarı verməzdən əvvəl istintaqın nəticəsini gözləyir

İngiltərə və Avropa İttifaqı (Aİ) üzvləri birgə Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoggi cinayəti kimi "vəhşi insan haqları pozuntularına qarşı qlobal sanksiya rejimi" üzərində çalışdıqlarını bildirib.

1092209

  İngiltərə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda yazılır:

  “İngiltərə Camal Xaşogginin 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsinin hesabının verilməli olduğunu qəti şəkildə tələb edir.

  İngiltərə və müttəfiqlərinin atacağı addımlar iki məsələyə bağlı olacaq.

  Birincisi, Səudiyyə Ərəbistanının verəcəyi yekun açıqlama inandırıcı olmalıdır.

  İkincisi, belə dəhşətli bir hadisənin əsla təkrarlanmayacağına əmin olmaq istəyirik.

  Biz belə vəhşi insan haqları pozuntularına qarşı qlobal sanksiya rejimi imkanlarını araşdırırıq.

  İngiltərə hər hansı bir qərarı verməsi üçün Xaşoggi cinayətilə bağlı istintaqın nəticəsini gözləyəcək”.

Әlaqәli Xәbәrlәr