Barselona yaxınlığında sərnişin qatarı relsdən çıxıb

İspaniyanın şərqində baş verən qəza nəticəsində 1 nəfər ölüb, 5-i ağır olmaqla 10 nəfər yaralanıb.

1091372
Barselona yaxınlığında sərnişin qatarı relsdən çıxıb

RAC1 radiosunun Katalonya hökumətinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 8 təcili tibbi yardım maşını və xeyli sayda xilasetmə qrupu cəlb olunub.

Katalonya Regional Mülki Müdafiə İdarəsi “Twitter” səhifəsində qatarın relsdən çıxmasının torpaq sürüşməsi ilə bağlı olduğunu bildirib. Qəza səbəbindən, Terresa-Manresa arasındaki qatar səfərləri dayandırılıb.



Әlaqәli Xәbәrlәr