Şəhər əhalisi qaçqınların gəlməsinə etiraz etdi

Mərkəzi Amerikadan ABŞ-a keçmək istəyən qaçqın karvanının ilk dalğası Meksika-ABŞ sərhədinə çatınca regionda gərginlik yaşandı.

1090710
Şəhər əhalisi qaçqınların gəlməsinə etiraz etdi

  Mərkəzi Amerikadan ABŞ-a keçmək istəyən qaçqın karvanının ilk dalğası Meksika-ABŞ sərhədinə çatınca regionda gərginlik yaşandı.

  Qaçqınların Meksikanın şimal-qərbində yerləşən Tixuanaya (Tijuana) çatması şəhər əhalisinin etirazına səbəb olub.

  Mərkəzi Amerikadan köç edənlərin Tixuananı tərk etməsini istəyən yüzlərlə şəhər sakini küçələrə tökülərək qaçqınlar əleyhinə şüarlar atıb.

  Tixuana şəhərinin meri Xuan Manuel Qastelum şəhərə çatacaq qaçqın sayının qarşıdakı həftələrdə on minləri keçəcəyinin gözlənildiyini bildirərək buna hazırlıqlı olmadıqlarını söyləyib.

  Birləşmiş Millətlər Təşkilatı Mərkəzi Amerikadan ABŞ-a çatmaq üçün yola çıxan qaçqın karvanına 7 mindən artıq adamın qatıldığını və bunların təxminən 2300-ünün uşaq olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr