Sabah İnterpolun yeni prezidenti məlum olacaq

Beynəlxalq Cinayət Polisi Təşkilatının (İnterpol) yeni rəhbəri təşkilatın sabahkı toplantısında seçiləcək.

1089802
Sabah İnterpolun yeni prezidenti məlum olacaq

Beynəlxalq Cinayət Polisi Təşkilatının (İnterpol) yeni rəhbəri təşkilatın sabahkı toplantısında seçiləcək.
 
 İnterpolun 87-ci toplantısı 18-21 noyabr tarixlərində Dubayda keçiriləcək.
 
 Türkiyəni toplantıda Daxili İşlər nazirinin müavini Mehmet Ersoyun rəhbərliyi altındakı heyət təmsil edəcək.  Heyətə Polis Baş İdarəsi İnterpol-Avropol İdarəsinin rəsmiləri də daxildir.
 
 Toplantının əsas gündəm maddəsi İnterpol prezidentinin seçkisi olacaq.
 
 Ölkəsində nəzarətə alındıqdan sonra istefa verən İnterpolun sabiq rəhbəri Hongwei Mengdən sonra prezident vəzifəsinə Cənubi Koreya, Rusiya və Afrikadan olan namizədlər iddia edirlər.
 
 Toplantıda, eyni zamanda, Kosovo, Vanuatu və Kiribatinin İnterpola üzvlük müraciətləri səsverməyə çıxarılacaq.
 
 Bu ölkələrin də qoşulması halında  İnterpol 195 üzvlə ən böyük beynəlxalq təşkilat olacaq.
 
 Türkiyə heyəti toplantıda iştirak edəcək ölkələrə Türkiyənin terör təşkilatları FETÖ, PKK və DEAŞ-a qarşı apardığı mübarizədən, miqrant qaçaqmalçılığının qarşısını almaq istiqamətindəki fəaliyyətindən ətraflı bəhs edəcək.



Әlaqәli Xәbәrlәr