Zimbavedə sərnişin avtobusunda partlayış olub

Cənubi Afrika ölkəsi Zimbavedə sərnişin avtobusunda baş verən partlayışda azı 42 nəfər həyatını itirib, 20 nəfər də yaralanıb.

1089275
Zimbavedə sərnişin avtobusunda partlayış olub

Polis baş idarəsinin məlumatına görə ölkənin Matabeleland bölgəsində bir sərnişin avtobusunun içində partlayış meydana gəlib. Faciə nəticəsində azı 42 nəfər həyatını itirib, 20 nəfər də yaralanıb. Hadisənin şahidləri sərnişinlərdən birinin qaz və ya benzin daşıdığını, avtobusun bu səbəblə bir anda alovlandığını bildirib. Hadisə ilə bağlı ətraflı açıqlama verilməyib.

 



Әlaqәli Xәbәrlәr