ABŞ Camal Xaşoqci cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edəcək

ABŞ rəhbərliyi səudiyyəli jurnalist Camal Xaşoqcinin öldürülməsilə əlaqədə olduqlarına görə 17 səudiyyəliyə sanksiya tətbiq etmə qərarına yetişdi.

1088941

ABŞ-ın Xəzinə Nazirliyinin açıqlamasında Xaşoqci cinayətində rol oynadığına görə Qlobal Magnitsky İnsan Haqları Məsuliyyəti qanunu çərçivəsində sanksiya siyahısına salınanları elan edilib.

Buna görə "Maqnitski Aktı" deyilən qanun çərçivəsində tətbiq olunan sanksiyalar siyahısında Səudiyyə Ərəbistanının İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Otaybi, vəliəhd şahzadənin sabiq müşaviri Səud əl-Kahtani və onun köməkçisinin də adları var.

ABŞ-ın sanksiya qərarı çərçivəsində bu şəxslərin ölkədəki mümkün olan mülkiyyətləri dondurulub, amerikalılarla ticarət əlaqəsi qurmaları da qadağan olunub.

Sanksiya qərarının Xaşoqci cinayətindən 45 gün sonra açıqlanması diqqət çəkib.

Әlaqәli Xәbәrlәr