Kaliforniyada baş verən yanğında ölənlərin sayı 56 nəfərə çatdı

ABŞ-nın Kaliforniya ştatında davam edən yanğında həyatını itirənlərin sayı 56 nəfərə çatıb.

1088115
Kaliforniyada baş verən yanğında ölənlərin sayı 56 nəfərə çatdı

Ölkə rəsmiləri, 8 Noyabrdan bəri davam edən yanğını əsrin ən ciddi faciəsi hesab edirlər.

Məlumata görə faciə nəticəsində indiyə dək 56 nəfər ölüb, 130 nəfər itkindir. 9 mindən çox tikinti istifadə edilə bilməz hal alıb. 300 mindən çox adam evakuasiya edilib.

Yanğının nəzarət altına alınması və söndürülməsi üçün bölgəyə 5 min qədər xilasedici cəlb olunub.

Yanğında  zərər dəyən  binaların arasında Şotlandiyalı aktyor Gerard Butler, müğənni Miley Cyrus, aktyor Scott Baio, rejissor Guillermo del Toro, Kim Kardashian, aktrisa Alyssa Milano və Rainn Wilson kimi məşhur simaların evləri də var.



Әlaqәli Xәbәrlәr