İngiltərə hökuməti Aİ ilə "Brexit" üzrə saziş layihəsini təsdiq etdi

İngiltərədə Nazirlər Kabineti ölkənin Avropa İttifaqı (Aİ) ilə “Brexit”in şərtləri barədə saziş layihəsini təsdiqlədi.

1088170
İngiltərə hökuməti Aİ ilə "Brexit" üzrə saziş layihəsini təsdiq etdi

İngiltərədə Nazirlər Kabineti ölkənin Avropa İttifaqı (Aİ) ilə “Brexit”in şərtləri barədə saziş layihəsini təsdiqlədi.

Baş nazir Teresa Mey 5 saatdan artıq davam edən kabinet yığıncağından sonra verdiyi açıqlamada ölkəsinin Aİ ilə “Brexit”in şərtləri barədə saziş layihəsini təsdiqlədiyini bildirdi.

Mey açıqlamada qeyd edib ki, qərar asanlıqla qəbul olunmadı, lakin hökumət bəyanat layihəsi və siyasi bəyannaməni dəstəkləməyə qərar verdi.

“İnanıram ki, bu qərar İngiltərənin mənfəətinə olacaqdır”-deyə Teresa Mey vurğulayıb.

Qeyd edək ki, İngiltərə ilə Aİ-nin keçirdiyi “Brexit” mükazirələrində dünən barəsində razılıq əldə olunan saziş mətni ilə əlaqəli məlumat yaymayıb.



Әlaqәli Xәbәrlәr