İtaliya Türkiyənin Liviya konfransını tərk etməsinə münasibət bildirdi

Cüzeppe Konte "Qəbul etməliyik ki, bu cür qərarlarla nəticələnən xüsusi həssaslıqlar ola bilər" deyib.

1087328
İtaliya Türkiyənin Liviya konfransını tərk etməsinə münasibət bildirdi

İtaliyanın Baş naziri Cüzeppe Konte (Giuseppe Conte) Liviya konfransından sonra keçirdiyi mətbuat konfransında Türkiyənin konfransdan çəkilməsinə dair bir suala, "Türkiyə prezidentinin köməkçisi konfransı tərk etdiyi üçün təəssüf edirəm. Prezident müavini Fuad Oqtayın mətbuata açıqlamasını oxuyanda İtaliya əleyhinə bir ifadə görmədim" deyə cavab verib.

Cüzeppe Konte"Qəbul etməliyik ki, bu cür qərarlarla nəticələnən xüsusi həssaslıqlar ola bilər" deyib.

Qeyd edək ki, konfransda Türkiyəni təmsil edən prezident müavini Oqtay Türkiyənin "dərin təəssüf hissilə yığıncağı tərk etdiyini " bəyan edərək Liviya Konfransından çəkildiyini ifadə etmiş, "Bu gün səhər bəzi tərəflər arasında keçirilən qeyri-rəsmi görüş və bunların Aralıq dənizi bölgəsindəki əsas aktyorlar kimi təqdim edilməsi, bizim əleyhinə olduğumuz çox yanlış və zərərli yanaşmadır" demişdi.



Әlaqәli Xәbәrlәr