Konqoda yük qatarı aşıb, azı 40 nəfər həlak olub
Yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, hadisə ölkənin şərqində yerləşən Kindu və Kamina şəhərləri arasında baş verib.
Konqoda yük qatarının relsdən çıxması nəticəsində azı 40 nəfər həlak olub.
Yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, hadisə ölkənin şərqində yerləşən Kindu və Kamina şəhərləri arasında baş verib.
Qəza nəticəsində çoxlu sayda insan yaralanıb. Ölənlərin və yaralıların sayının çox olmasına səbəb kimi insanların qatara qanunsuz minməsi göstərilir.
Hadisənin dəqiq səbəbi araşdırılır.
Qeyd edək ki, 2017-ci ilin noyabrın 13-də də Konqoda baş verən oxşar qatar qəzasında 35 nəfər ölmüşdü.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb