İsrail ordusunun hücumu nəticəsində 7 fələstinli şəhid oldu

İsrail ordusunun mühasirədə saxladığı Qəzza zolağında etdiyi hücum nəticəsində 7 fələstinli şəhid olub, 7 fələstinli isə yaralanıb.

1085832
İsrail ordusunun hücumu nəticəsində 7 fələstinli şəhid oldu

İsrail ordusunun mühasirədə saxladığı Qəzza zolağında etdiyi hücum nəticəsində 7 fələstinli şəhid olub, 7 fələstinli isə yaralanıb.

İsrail ordusu baş verən toqquşmada bir əsgərinin öldürüldüyünü açıqlayıb.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra Xan Yunisin şərq sərhədində həyata keçirilən hücumda 7 fələstinlinin şəhid olduğunu, 7-nin isə  yaralandığını bildirib.

"Həmas"ın hərbi qanadı İzzədin əl-Kassam briqadalarının bəyanatında bildirilib ki, bir qrup İsrail əsgəri mülki maşınla Qəzzanın cənubundakı Xan Yunisin 3 km qədər mərkəzinə daxil oldu və briqada komandanlarından Nur Bərəkəyə sui-qəsd həyata keçirildi. İsrail əsgərlərinin bölgəyə sızmasının məlum olmasından sonra Kassam ünsürləri hərəkətə keçdi və əsgərlərin bölgədən çəkilməsini təmin etdi.

Açıqlamada həmçinin İsrailə məxsus döyüş təyyarələrinin çəkilməsini asanlaşdırmaq üçün Qəzzanın cənubuna edilən hücumda fələstinlilərdən bəzilərinin şəhid olduğunu bildirildi.  

İsrail ordusunun bəyanatında isə bildirilib ki, “İsrail ordusunun xüsusi təyinatlı hissələri Qəzza zolağında təhlükəsizlik əməliyyatı həyata keçirən zaman bir İsrail əsgəri öldü, bir əsgər isə yüngül yaralandı.



Әlaqәli Xәbәrlәr