Braziliyada torpaq sürüşmәsi beş nәfәrin hәyatına son qoyub

Braziliyada bir neçə nəfər torpaq sürüşməsinin qurbanı olub, xeyli sayda insan xəsarət alıb.

1085513
Braziliyada torpaq sürüşmәsi beş nәfәrin hәyatına son qoyub

Braziliyada bir neçə nəfər torpaq sürüşməsinin qurbanı olub, xeyli sayda insan xəsarət alıb.

Bu barәdә Rio-de-Janeyronun mülki müdafiə xidmətinin rəhbəri Roberto Robaday mәlumat verib.

Roberto Robaday bildirib ki,  son iki gündə Rio-de-Janeyro ştatında güclü yağışlar yağıb. Təbii hadisədən ən çox Nitero bölgəsi zərər çəkib.

Məlumata görə, torpaq sürüşməsi zamanı beş nәfәr hәlak olub.

Rio-de-Janeyronun mülki müdafiə xidmətinin rəhbəri Roberto Robaday 11 nəfərin xilas edildiyini bildirib.

Axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr