Netanyahu-Putin görüşü ləğv edildi

İsrail Baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putinin Fransanın paytaxtı Parisdə keçirilməsi nəzərdə tutulan görüşü ləğv edildi.

1083005
Netanyahu-Putin görüşü ləğv edildi

İsrail Baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putinin Fransanın paytaxtı Parisdə keçirilməsi nəzərdə tutulan görüşü ləğv edildi.

Xəbəri  İsrail Dövlət Yayım Təşkilatı (KAN) yaydı.
 
 Xəbərə görə, antanta dövlətləri ilə Almaniya arasında 11 noyabr 1918-ci ildə imzalanan atəşkəs razılaşması ilə I Dünya müharibəsinə rəsmi olaraq son qoyan "Atəşkəs Günü"nün 100-cü ildönümü münasibətilə Parisdə yadetmə mərasimlərinə qatılması nəzərdə tutulan Netanyahu ilə Putinin görüşü Suriya məsələsi ilə bağlı Tel-Əviv ilə Moskva arasındakı gərginliyin davam etməsi səbəbindən ləğv edilib.
 
Xəbərdə İsrailin sentyabr ayında Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra da Suriyaya qarşı hava hücumlarının davam etməsi barədə məlumatı ictimaiyyətlə bölüşməsi səbəbindən Moskva rəhbərliyinin Tel-Əvivə qarşı qəzəbli olduğu qeyd edildi. Görüşün iki liderin də aldığı qərar əsasında, yoxsa təktərəfli olaraq ləğv edilməsinə dair təfərrüatlara isə yer verilmədi.
 
 Həm Moskva, həm də Tel-Əvivdən görüşün ləğv edilməsi ilə bağlı xəbərə dair hələ bir açıqlama verilməyib.

İsrail mətbuatı isə Netanyahunun Putin ilə keçirəcəyi görüşün ləğv edilməsi səbəbindən Parisdə yadetmə mərasimlərində iştirak etməməyi nəzərdən keçirdiyini yazdı.
 
İsrail Dövlət Yayım Təşkilatının xəbərinə görə, noyabrın 11-də keçirilməsi planlaşdırılan, lakin ləğv edilən Netanyhu-Putin görüşü iki liderin Rusiya hərbi təyyarəsinin Suriyada vurulmasında sonra keçiriləcək ilk görüş olacaqdı.
 
 Qeyd edək ki, Baş nazir Netanyahu keçən ay verdiyi açıqlamada Putin ilə "yaxın bir zamanda" görüşəcəyini bildirmişdi.
 
 Xatırladaq ki, Rusiyaya məxsus İl-20 qırıcısının sentyabrın 17-də Suriyada  vurulmasından sonra  Tel-Əviv ilə Moskva arasında münasibətlər gərginləşib.
 
 Rusiya rəsmiləri Lazkiye şəhərində rejimə aid  anbara hava hücum təşkil edən İsrailə aid F-16 döyüş təyyarələrinin 15 rus hərbçisinin içində olduğu İl-20-dən qalxan olaraq istifadə etdiyi üçün bu təyyarələrin raketlərə hədəf olduğunu irəli sürüb.
 
 İsrail rəhbərliyi isə Rus təyyarəsinin Bəşər Əsəd rejiminə aid hava müdafiə sistemi tərəfindən vurulduğunu və hadisəyə görə Suriya rejiminin məsuliyyət daşıdığını irəli sürərək, Rusiyanın ittihamlarını rədd edib.
 
 Rusiya bu hadisədən sonra Əsəd rejiminə S-300 hava müdafiə sistemləri verib.



Әlaqәli Xәbәrlәr