Amerikalı  bǝlǝdiyyǝ  sǝdri  Əfqanıstanda öldürüldü

ABŞ-nın Utah ştatındakı North Ogden Bələdiyyə rəhbəri Brent Taylor, Əfqanıstanda törədilən hücum nəticəsində həyatını itirib.

1081745
Amerikalı  bǝlǝdiyyǝ  sǝdri  Əfqanıstanda öldürüldü

Məlumata görə Bələdiyyə Başçılığı vəzifəsini donduraraq, ABŞ qüvvələri ilə Əfqanıstana gedən 39 yaşlı leytenant Brent Taylor, Paytaxt Kabildəki hərbi qüvvə tərkibində vəzifə icra etdirdi. O həmin şəhərdə həyata keçirilən hücum nəticəsində ölüb.

Hərbi səhaliyyətlilərin mövzuyla bağlı açıqlamasında bildirilir ki, "Utah ştatının 17 min əhalisi olan Şimali Ogden şəhərinin bələdiyyə başçısı olan və eyni zamanda dövlətin Milli Keşikçilər qüvvəsi tərkibində vəzifəli 7 uşaq atası 39 yaşlı Brent Taylor, bir il müddətlə vəzifə icra etmək üzrə Əfqanıstana  getmişdi.  O daha əvvəl də iki dəfə İraqda və bir dəfə Əfqanıstanda vəzifələndirilmişdi.

Qeyd edək ki, Əfqanıstanda Taliban silahlılara qarşı 17 ildir mübarizə edən Amerika ordusuna mənsub 2 min 400-dən çox vəzifəli həyatını itirib.



Әlaqәli Xәbәrlәr