“Aİ İrana yenidən sanksiya tətbiq etmə qərarını təsdiqləmir”, P.Moscovici

Avropa İttifaqı (Aİ) Komissiyası İqtisadi və Maliyyə işləri üzrə üzvü Pierre Moscovici ABŞ-ın İrana yenidən sanksiya tətbiq etmə qərarını təsdiqləmədiyini söylədi.

1081890

Moscovici Fransanın “France İnfo” radiosuna verdiyi ABŞ-ın 2015-ci ildəki  nüvə proqramına dair müqaviləsi çərçivəsində ləğv edilən bütün İran sanksiyalarını yenidən tətbiq etmə qərarı barədə verdiyi açıqlamada bildirib ki, Aİ ABŞ-ın İrana təkrar sanksiya tətbiqini təsdiqləmir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də nüvə proqramına dair sazişdən çıxdığını elan etdi və İranın ABŞ dolları əldə etməsini, dövlət istiqraz vərəqəsi satmasını, qızıl və digər qiymətli mədənlər ilə polad, alüminium, kömür kimi mədənlərlə ticarət etməsini və sərnişən təyyarəsi yaxud ehtiyat hissələrinin idxalına mane olan sanksiya pakətini avqustun 7-də rəsmi olaraq qüvvəyə mindirdi.

İrana qarşı ikinci sanksiya paketi 180 günlük müddətin başa çatmasından sonra bugün qüvvəyə mindi.

Әlaqәli Xәbәrlәr