"Aİ yalnız bu şərtlə İranda nümayəndəlik aça bilər", H.Fəlahətpişe

İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Haşmətulla Fəlahətpişe Avropa İttifaqının (Aİ) paytaxt Tehranda nümayəndəlik açması üçün iqtisadi olaraq İranın yanında yer alması lazım olduğunu söylədi.

1078909

  İranın yarı rəsmi “Tesnim” xəbər agentliyinin yazdığına görə, H.Fəlahətpişe Aİ-nin uzun müddətdir ki, Tehranda nümayəndəlik açmaq istədiyini xatırladaraq deyib: “Müxtəlif səbəblərdən hər dəfə nümayəndəliyin açılması bu vaxta qədər baş tutmadı.

  Avropa siyasi meydanda Amerika Birləşmiş Ştatlarının sanksiyalarına qarşı İranın yanında dayandı. Bu duruş iqtisadi əməkdaşlığa yol açarsa, Aİ-nin ölkəmizdəki nümayəndəlik açması üçün lazımi zəmin hazırlanmış olacaq.”

  Qeyd edək ki, İranla 2015-ci ildə imzalanan nüvə müqaviləsinə əsasən Aİ Tehranda nümayəndəlik açmaq istəmiş, lakin bu tələb İran tərəfindən təxirə salınmışdı. Səbəb İranın bəzi mühafizəkarının nümayəndəliyin "casusluq yuvasına" çevriləcəyi qorxusuyla Aİ-nin tələbinə qarşı çıxması olmuşdu.

  İranın vitse-prezidenti İshaq Cahangiri isə bir çıxışında bu məsələnin ölkənin Xarici İşlər Nazirliyinin gündəmində olduğunu açıqlamış və Tehranda Aİ nümayəndəliyinin açılmasının iki tərəf arasında varılan müqavilələrin həyata keçirilməsini asanlaşdıracağını demişdi.

Әlaqәli Xәbәrlәr