Rusiya Avropaya xəbərdarlıq etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu: " Avropa orta mənzilli raketlərin yerləşdirilməsi halında ortaya çıxa biləcək nəticələri bilməli və başa düşməlidir" dedi.

1077917
Rusiya Avropaya xəbərdarlıq etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu  yunanıstanlı həmkarı Panos Kammenos ilə görüşü ərəfəsində etdiyi çıxışında ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən çıxmaq qərarı ilə bağlı fikir bildirdi.
 
 ABŞ-ın bu qərarına Avropanın reaksiyasının necə olacağı ilə maraqlandıqlarını bildirən Şoyqu: "Avropa orta mənzilli raketlərin yerləşdirilməsi halında ortaya çıxa biləcək nəticələri bilməli və başa düşməlidir" dedi.
 

Şoyqu Avropaya orta mənzilli raketləri yerləşdirmə məsələsinin Avropa İttifaqı və  NATO çərçivəsində geniş şəkildə müzakirə edilməsini təklif etdi.
 
 Qeyd edək ki, ABŞ ilə bu ölkənin Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi 1987-ci ildə Vaşinqtonda imzalanmışdı.
 
 ABŞ prezidenti Donald Trampın Soyuq müharibə dövründə Sovet İttifaqı ilə imzalanan və nüvə müharibəsi təhlükəsini azaltmaq məqsədi güdən ən mühüm addımlardan biri kimi qiymətləndirilən müqaviləni ləğv edəcəyini açıqlaması dünyada narahatlıqla qarşılanıb.
 
 Tramp: " Biz müqavilədə qalan tərəf olduq və müqaviləyə hörmət göstərdik, lakin Rusiya təəssüf ki, bu müqaviləyə hörmət göstərmədi, bu səbəbdən müqaviləni ləğv edəcəyik, müqavilədən çəkəcəyik" deyə bildirib.



Әlaqәli Xәbәrlәr