ABŞ-da sinaqoqa silahlı hücumda 11 nəfər həyatını itirdi

Cinayətkar tutulub və xəstəxanaya aparılıb.

1077047
ABŞ-da sinaqoqa silahlı hücumda 11 nəfər həyatını itirdi

  Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Pittsburq şəhərindəki bir sinaqoqa təşkil olunan silahlı hücumda 11 nəfər ölüb.

  Pittsburq Dövlət Təhlükəsizliyi İdarəsinin direktoru Uendel Hisrix (Wendell Hissrich) hücumda 4-ü polis olmaqla 6 nəfərin yaralandığını bildirib.

  Hücum edənin 46 yaşlı ABŞ vətəndaşı Robert Bovers olduğu açıqlanıb. Cinayətkar tutulub və xəstəxanaya aparılıb.

  Amerika mediasında yer alan xəbərlərə görə, Robert Boversin cinayətkar keçmişi yoxdur. O, hücum zamanı “Bütün yəhudilər ölməlidir” deyə bağırıb.

  Hücumu qınayan və cinayətkara ölüm hökmü istəyən ABŞ prezidenti Donald Tramp İndiana ştatının İndianapolis şəhərində verdiyi açıqlamada hücumu “şeytani, inanılmaz və ağlasığmaz yəhudi nifrəti” adlandırıb.



Әlaqәli Xәbәrlәr