London meri Brexitin təxirə salına biləcəyi ilə bağlı xəbərdarlıq etdi

İngiltərənin paytaxtı Londonun meri Sadiq Xan Avropa İttifaqını  Brexit (Britaniyanın Aİ-dən çıxışı) prosesinin təxirə salınmasına hazır olmağa çağırdı.

1076361
London meri Brexitin təxirə salına biləcəyi ilə bağlı xəbərdarlıq etdi

 Son dövrdə Brexit üçün yeni bir referendum çağırışı ilə gündəmə gələn London meri Sadiq Xan Aİ-nin Brexit həmməruzəçsi Mişel Barnier ilə  Belçikanın paytaxtı Brüsseldə görüşdü.
 
 Xan görüşdə Avropa İttifaqını Brexit prosesinin təxirə salınmasına hazır olmağa çağırdı.
 
 İngiltərədə ikinci bir Brexit referendumunun keçirilmə ehtimalına işarə edən Xan Lissabon Müqaviləsinin 50-ci maddəsinin tətbiq olunması üçün əlavə vaxta ehtiyac ola biləcəyini söylədi.
 
 London rəhbərliyi 2016-cı ilin iyununda keçirilən ümumxalq səsverməsində 48%-ə qarşı 52% səslə Aİ-dən ayrılma qərarı almış, 29 mart 2017-ci ildə də Lissabon Sazişinin 50-ci maddəsini tətbiq edərək ayrılma prosesini rəsmən başlatmışdı.
 
 Baş nazir Tereza Mey (Theresa May) isə Brexit mövzusunda ikinci  referendumun keçirilməsinin əleyhinə çıxır. İngilis xalqının 2016-cı ildə  keçirilən ümumxalq səsverməsində bu mövzuda sözünü dediyini bildirən Mey İngiltərənin 29 mart 2019-cu ildə Aİ-dən ayrılacağını israrla vurğulayır.
 
 Ölkədə aralarında "Xalqın səsi" platformasının da olduğu bəzi qeyri-hökumət təşkilatları Brexit prosesini dayandırmağa yönəlik səylər göstərirlər.
 
 Bu qruplardan birinə macar əsilli amerikalı iş adamı Corc Soros (George Soroa)  maliyyə dəstəyi verir.
 
 Aralarında İngiltərənin sabiq baş nazirlərdən Toni Bleyerin (Tony Blair) də olduğu bəzi keçmiş siyasətçilər Brexit prosesinin yeni bir referendum, və ya parlament səsverməsi ilə dayandırılması üçün kampaniya aparırlar.
 
 Aİ ilə İngiltərə arasında iyun 2017-ci ildə başlayan müzakirələrdə tərəflər ötən ilin sonunda İngiltərənin Aİ büdcəsindəki öhdəliklərindən irəli gələn böyük məbləğdə"ayrılma ödənişi"nin ödənməsi və vətəndaş hüquqlarının da aralarında olduğu bir sıra məsələdə ilkin razılığa gəlmişdilər.
 
  Müzakirələrin sonunda razılığın əldə olunub-olunmamasından asılı olmayaraq, İngiltərə 29 mart 2019-cu ildə Aİ-dən rəsmən ayrılacaq. İngiltərə 2020-ci ilin dekabr ayının sonuna qədər Aİ qaydalarına əsaslanan "keçid prosesi"ni nəzərdə tutur.



Әlaqәli Xәbәrlәr