Yəməndə 14 milyon insan qıtlıqla  üz-üzədir

Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər üzrə Baş katibinin müavini Mark Lokok (Mark Lowcock) Yəməni tamamilə bürüyən böyük bir qıtlıq təhlükəsi olduğunu söylədi.

1074518

Lokok  BMT Təhlükəsizlik Şurasını Yəməndə hər keçən gün pisləşən humanitar vəziyyətə dair məlumatlandıraraq, təcili  atəşkəsə çağırdı.
 
 Yəməndə Husilər ilə Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri tərəfindən dəstəklənən hökumət qüvvələri arasında 3 ildən artıq müddətdir baş verən toqquşmalarda minlərlə insan həyatını itirib.
 
 BMT-yə görə, Yəməndə ölkə əhalisinin 75 %-nin, yəni 22 milyondan artıq insanın yardıma və qorunmağa ehtiyacı var.
 
 Ölkədəki humanitar böhran  təmiz suyun olmaması, yetərsiz qidalanma, dərman və tibbi materialların çatışmazlığı kimi səbəblərdən və yoluxucu xəstəliklərdən hər keçən gün artır.

Әlaqәli Xәbәrlәr