Tramp Rusiya ilə nüvə silahları müqaviləsindən də geri çəkildi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə imzaladığı "Orta mənzilli nüvə silahları müqaviləsi”ndən geri çəkiləcəyini açıqladı.

1072537
Tramp Rusiya ilə nüvə silahları müqaviləsindən də geri çəkildi

   Nevada ştatında keçirdiyi seçkiqabağı çıxışından sonra jurnalistlərə verdiyi açıqlamada Tramp Rusiyanın müqaviləni pozduğunu iddia edərək deyib:

  “İllərdir Rusiya müqaviləni pozur və əvvəlki prezident Barak Obama niyə bu məsələni müzakirə etməyib və müqavilədən çəkilməyib, bilmirəm. Artıq ABŞ buna icazə verməyəcək. Biz müqaviləyə hörmət göstərdik, ancaq Rusiya, təəssüf ki, belə etmədi. Bu səbəbdən müqaviləni ləğv edəcəyik, yəni anlaşmadan geri çəkiləcəyik.

  Rusiya və Çin yeni bir müqavilə ilə gəlməzsə, ABŞ öz silahını istehsal edəcək."

  Qeyd edək ki, ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən “Orta mənzilli nüvə silahları müqaviləsi” 1987-ci ildə Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın orta mənzili 300-3400 mil məsafədən, qurudan atılan və idarə olunan raketləri almağı, istehsalını və sınağını qadağan edir.



Әlaqәli Xәbәrlәr