Putindən DEAŞ açıqlaması

Rusiya prezidenti Vladimir Putin terror təşkilatı DEAŞ-ın Suriyada Fərat çayının cənubunda ABŞ və Avropa vətəndaşlarını əsir aldığını söylədi.

1071451
Putindən DEAŞ açıqlaması

Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada Beynəlxalq Düşüncə Klubunda çıxış etdi.
 
 Çıxışında Suriyada terror təşkilatı DEAŞ-ın fəaliyyətinə toxunan Putin bu fəaliyyətlərin Amerika Birləşmiş Ştatlarının nəzarətindəki ərazidə baş verdiyini vurğuladı.
 
 Putin ABŞ-ın Fəratın cənubundakı bölgələrdə üzərinə düşən vəzifələri tam yerinə yetirmədiyini bildirərək, bunun nəticəsində terror təşkilatı DEAŞ-ın bölgədəki mövcudluğunun artdığına diqqət çəkdi.
 
"Fərat çayının cənubunda ABŞ-ın nəzarətindəki bölgədə nə olduğunu heç kim bilmir" deyən Putin: "Orada hələ DEAŞ qüvvələri vardır. DEAŞ Fərat çayı boyu ABŞ-ın nəzarətindəki bölgədə varlığını artırdı. Terrorçular 700 nəfəri əsir alıb, 10 nəfəri edam ediblər" ifadələrini işlətdi.
 
 Putin DEAŞ-ın əsir aldıqları arasında  amerikan və Avropa vətəndaşlarının da olduğunu söylədi.



Әlaqәli Xәbәrlәr