Donald Tramp: "Səudiyyə Ərəbistanına ehtiyacımız var"

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsinin Orta Şərq layihəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın onlar üçün kəsb etdiyi əhəmiyyətə diqqəti çəkərək: "Səudiyyə Ərəbistanına ehtiyacımız var" dedi.

1070892
Donald Tramp: "Səudiyyə Ərəbistanına ehtiyacımız var"

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Fox TV kanalına oktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olduqdan sonra xəbəri alınmayan Səudiyyə jurnalist Camal Kaşıkçı və ABŞ-Səudiyyə Ərəbistanı əlaqələri ilə bağlı fikir bildirdi.

 Tramp ABŞ-ın Orta Şərq layihəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın əhəmiyyətini vurğulayaraq: "Səudiyyə Ərəbistanına ehtiyacımız var" ifadəsini işlətdi.

ABŞ prezidenti Kaşıkçı hadisəsindən sonra "Səudiyyə Ərəbistanına silah satışını dayandır" çağırışını edən  bəzi Konqres üzvlərinin inanılmaz təzyiqlərinə baxmayaraq Ər-Riyad hakimiyyətinə silah satışını dayandırmağı düşünmədiyini dilə gətirdi.

 Donald Tramp Səudiyyə Ərəbistanına edilən 115 milyard dollarlıq silah satışının Amerika xalqına 500 min yeni iş imkanı yaradacağını iddia etdi.

 Kaşıkçı hadisənin şahzadə Salmanın xəbəri olmadan baş verdiyinə ümid etdiyini bildirən Tramp: "Mənim gözümdə bu mühüm bir faktordur" dedi.



Әlaqәli Xәbәrlәr