Donald Trampın jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə bağlı növbəti açıqlaması

Ağ Ev rəhbəri bu məsələni Səudiyyə Ərəbistanı rəsmiləri ilə müzakirə edəcəyini bildirib.

1065580
Donald Trampın jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə bağlı növbəti açıqlaması

ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə bağlı növbəti açıqlama verib.

Ağ Ev rəhbəri bu məsələni Səudiyyə Ərəbistanı rəsmiləri ilə müzakirə edəcəyini bildirib.

“Hələ ki, bu mövzuda danışmağa vaxtım olmayıb”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp bundan öncəki açıqlamasında Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda yoxa çıxmasına görə narahatlığını ifadə etmişdi.

ABŞ Müdafiə naziri Cim Mattis də Kaşıkçı ilə əlaqəli olaraq “ Bu vəziyyəti yaxından təqib edirik və Dövlət Departamentilə yaxın əlaqə saxlayırıq” deyib.

Dövlət katibi Mayk Pompeo da srağa gün verdiyi açıqlamada ölkəsinin Kaçıkçının yoxa çıxmasından narahatlıq duyduğunu bildirdi və “ABŞ Dövlət Departamenti rəsmiləri mövzu barədə diplomatik kanallar üzərindən Səudiyyə Ərəbistanı ilə görüşlər keçirir. Səudiyyə Ərəbistanı rəhbərliyini Kaşıkçının itkin düşməsilə əlaqəli istintaqı tamamilə dəstəkləməsi və bunun nəticələri barədə şəffaf olmağa çağırırıq” sözlərini ifadə etdi.

Səudiyə ərəbistanlı islahatçılar üçün önəmli bir platforma olan “Al Watan” qəzetinə ciddi dəstəyi olan və Orta Şərqin ən etibarlı jurnalistlərindən biri olan “Washington Post” qəzetinin müxbiri Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna getdi və o tarixdən bəridir müxbirdən xəbər tutula bilmir.



Әlaqәli Xәbәrlәr