Banqladeşdə nazirlə birlikdə 19 nəfər edama məhkum edildi

Banqladeşdə keçmiş nazirlərdən Lutfozzaman Babarın da aralarında olduğu 19 nəfər edama məhkum edilib.

1066106
Banqladeşdə nazirlə birlikdə 19 nəfər edama məhkum edildi

  2004-cü ilin 21 avqustunda paytaxt Dakkada baş nazir Şeyx Hasinanın müxalifət lideri olduğu mitinqə qarşı bombalı (qumbaralı) hücumla bağlı ittiham olunan və aralarında o vaxt dövlət naziri olmuş Lutfozzaman Babarın da olduğu 19 nəfər edam cəzasına məhkum edilib.

  Məhkəmə İngiltərənin paytaxtı Londonda yaşayan Banqladeş Milli Partiyasının sədri Tarık Rəhmana isə ömürlük həbs cəzası verib.

  Hücumla bağlı mühakimə olunan digər 11 müttəhim isə 6 ay və 2 il arasında dəyişən həbs cəzalarına məhkum edilib.

  Müttəhimlərin məhkəmənin qərarına 30 gün ərzində etiraz etmək hüququ var.

  Qeyd edək ki, Dakkada 2004-cü ilin 21 avqustunda ana müxalifət partiyası İcmalar (Xalq) Birliyinin partiya mərkəzi qarşısındakı mitinqinə qarşı bombalı hücumda 24 nəfər həyatını itirmiş, Hasinanın da aralarında olduğu 300-dən çox adam isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr