Skripal hadisəsində ikinci şübhəli şəxsin adı

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberidə zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adının Aleksandr Yevgenyeviç Mişkin olduğu irəli sürüldü.

1064900
Skripal hadisəsində ikinci şübhəli şəxsin adı

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberidə zəhərlənməsində şübhəli bilinən ikinci şəxsin əsl adının Aleksandr Yevgenyeviç Mişkin olduğu irəli sürüldü.

İngiltərənin xəbər saytı “Bellingcat”da Skripalın zəhərlənməsində məsul tutulan ikinci şübhəlinin Rusiya hərbi kəşfiyyat idarəsi “GRU”da vəzifəli olduğu, yayılacaq ikinci xəbərdə isə şübhəlinin gerçək şəxsiyyətinin müəyyən edilməsi prosesilə bağlı detallı məlumat, sənəd və şahidlərlə əlaqəli məlumatın yer alacağı bildirilib.

Qeyd edək ki, İngiltərənin xarici kəşfiyyat idarəsi “M16” üçün işlədiyi ortaya çıxdıqda ölkəsində məhkum edilən və daha sonra casus mübadiləsilə İngiltərəyə gedən rus casus Skripal ilə qızı Yuliya martın 4-də Solberidə Sovet İttifaqı dövründə kəşf edilən Noviçok adlı kimyəvi maddə ilə zəhərləndi.

İyul ayında isə İngiltərənin Amesbury şəhərində Davn Sturges və Çarli Rovley adlı ingilis vətəndaşlarının eyni maddə ilə zəhərləndiyi açıqlandı.

İngilis polisi daha əvvəl şübhəliləri İngiltərəyə girişdə istifadə etdikləri sənədlərə əsaslanaraq Ruslan Borişov ilə Aleksandr Petrov olaraq açıqladı.

Skripal hadisəsinə reaksiya kimi İngiltərənin başçılığında bir sıra qərb ölkələri 100-dən artıq rus diplomatı ölkələrindən çıxardı.

İngiltərə Skripalın Rusiya dövlətinin təsdiqilə zəhərləndiyini iddia edir.

Son olaraq keçən həftə İngiltərə Xarici İşlər Nazirliyi qərb ölkələrinə istiqamətli bir sıra kiber casusluğun arxasında da “GRU”nun olduğunu irəli sürdü.



Әlaqәli Xәbәrlәr