Yolçular elektron cihazları açmazsa və şifrələrini söyləməzsə, cəzalacaq

Yeni Zelandiya ölkəyə giriş edən qonaqlardan elektron cihazlarını açmağı və şifrələrini deməyi qəbul etməyənlərə 5 min Yeni Zelandiya dollarına qədər pul cəzası kəsəcək.

1062985
Yolçular elektron cihazları açmazsa və şifrələrini söyləməzsə, cəzalacaq

  Yeni Zelandiya Gömrük İdarəsindən verilən məlumata görə, bu həftə qəbul ediləcək qanunlar içində “səlahiyyətli əməkdaşlar tələb edərsə, yolcular yanlarında götürdükləri elektron cihazları açma və ya şifrələrini söyləmə zərurəti” var.

  Gömrük və İstehlak Vergisi Qanunu çərçivəsində tətbiq ediləcək yeni qaydalara etiraz edən yolcuların 5 min Yeni Zelandiya dollarına qədər pul cəzası verəcəkləri açıqlanıb.

  Yeni Zelandiya Gömrük İdarəsinin sözçüsü Terri Braun sözügedən tətbiqlə bağlı ilk ölkə olacaqlarını bildirərək deyib: “İnsanlar şifrələrini verməzsə, cəza tətbiq olunmasını qanuniləşdirən başqa bir ölkə olduğunu güman etmirəm".

  Yeni Zelandiya Mülki Azadlıqlar Şurasının sədri Tomas Biql isə bu tətbiqi "şəxsi məxfiliyin ağır istilası" adlandırıb: “Ağıllı telefonlarda e-poçtlar, məktublar, tibbi qeydlər, şəxsi və xüsusi fotoşəkillər kimi həssas məlumatların gömrük şəxslərinin görməsi anlamsızdır.”

  Yeni Zelandiyada da bir çox ölkədə olduğu kimi, lazım gəldiyi zaman gömrük məmurlarına qanuni olaraq baqaj və rəqəmsal aparatlarda arama icazəsi var. Ancaq sərnişinlərdən cihazlarının şifrəsini verməsi tələb olunmurdu.



Әlaqәli Xәbәrlәr