Rusiya və Hindistanın yeni hədəfi başqadır

Rusiya prezidenti Vladimir Putin hərbi texniki əməkdaşlığın Hindistana yalnız silah satmaqla məhdud olmadığını bildirib.

1063419
Rusiya və Hindistanın yeni hədəfi başqadır

  Rusiya prezidenti Vladimir Putin hərbi texniki əməkdaşlığın Hindistana yalnız silah satmaqla məhdud olmadığını bildirib.  

  Hindistanın baş naziri Narendra Modi ilə Yeni Dehlidə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən V.Putin deyib:

  “Rusiya və Hindistanla əlaqələrin inkişaf etdirilməsi üçün müxtəlif sahələrdə bir sıra müqavilələr imzalandı.

  Enerji sahəsindəki əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Rusiya Hindistan üçün etibarlı enerji tədarükçüsüdür. Bununla əlaqədar biz birlikdə Kudankulam Nüvə Güc Stansiyasının həcminin artırılması qərarına gəldik. Müqaviləyə görə 20 il ərzində stansiyada ümumilikdə 12 tikili dövrəyə alınmış olacaq.

  Rusiyanın Hindistana kosmos tədqiqatları məsələsində də yardım edəcək: “Roskosmos” Hindistanın kosmos layihəsinə qoşulacaq.

  Ətraflı olaraq hərbi texniki əməkdaşlıq məsələlərini danışdıq. Rusiya və Hindistan bu sahədə illərdir uğurlu şəkildə çalışır. Ölkələrimiz arasında həqiqətən yaxın və qarşılıqlı faydalı əlaqələr Rusiya-Hindistan strateji tərəfdaşlığının da ayrılmaz parçası olub. Hərbi-texniki sahədə əməkdaşlığımız yalnız Rusiya silahlarının satılması ilə məhdudlaşmır, həm də müasir hərbi məhsulların birgə inkişaf etdirilməsi və istehsalını təmin edir".

  Hindistanın naş naziri Narendra Modi isə öz növbəsində çıxışında Hindistanın Rusiya ilə əlaqələri xüsusi əhəmiyyət verdiyini vurğulayaraq deyib:

  “Görüşümüz iki ölkənin strateji müttəfiqliyinə yeni bir təkan verdi. Enerji məsələsində Rusiya və Hindistan hər zaman ələ-ələ çalışıb.

  Yeni hədəfimiz kosmos sahəsində inkişaf etmək və Hindistan kosmonavtlarını kosmosa göndərməkdir. Rusiyanın bununla bağlı da bizi dəstəkləyəcəyinə ümid edirik".



Әlaqәli Xәbәrlәr