Səudiyyə Ərəbistanında ilk dəfə bir qadın bankın idarə heyətinin sədri oldu

Bu, Səudiyyə Ərəbistanı bank sektorunda bir qadının malik olduğu ən yüksək vəzifədir.

1063258
Səudiyyə Ərəbistanında ilk dəfə bir qadın bankın idarə heyətinin sədri oldu

  Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərə görə, Alavval və Səudiyyə-İngiltərə bankları (SABB) birləşdikdən sonra idarə heyəti sədrliyinə Lubna əl-Əlyan təyin edilib. Bu, Səudiyyə Ərəbistanı bank sektorunda bir qadının malik olduğu ən yüksək vəzifədir.

  Səudiyyə Ərəbistanda iqtisadiyyat sektorunda ən çox tanınan qadınlardan biri olan Lubna əl-Əlyan həm də “Olayan” Şirkətinin İcra Şurasının sədri, Səudiyyə Ərəbistanı və Yaxın Şərqdə çox sayda maliyyə və investisiya fəaliyyəti gösrərən Ərəb İş Şurası İcra Komitəsi və Ərəb Fikir Fondu Himayədarlar Heyətinin üzvüdür.

  Lubna əl-Əlyan əvvəl də Alavval bankı kimi tanınan “Saudi Hollandi Bank”ın idarə heyətinin üzvlüyünə seçilən ilk qadın olub.



Әlaqәli Xәbәrlәr