İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 1558 nəfərə çatıb

Təbii hadisə zamanı 2,5 mindən çox insan xəsarət alıb. 113 nəfər itkin düşüb. Daha 150 nəfər dağıntılar altında qalıb.

1062672
İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 1558 nəfərə çatıb

İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 1558 nəfərə çatıb.

Bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsi məlumat yayıb.

Yayılan məlumata görə, təbii hadisə zamanı 2,5 mindən çox insan xəsarət alıb. 113 nəfər itkin düşüb. Daha 150 nəfər dağıntılar altında qalıb.

Zəlzələdən sonra Donqala və Palu şəhərlərində hündürlüyü 3-6 metrə çatan sunamilər təsirli olub.

Qeyd edək ki, İndoneziyada Lombok adasında iyul ayının axırı və avqust ayında baş verən 6,3 və 6,9 ilə 7 bal gücündə baş verən zəlzələ 563 nəfərin həyatına son qoymuşdu.



Әlaqәli Xәbәrlәr