2018-ci il Nobel Sülh Mükafatı sahibləri müəyyən olundu

2018-ci il Nobel sülh mükafatına konqolu cərrah Denis Mukvege və kürd mənşəli hüquq müdafiəçisi Nadia Murad layiq görülüb.

1063083
2018-ci il Nobel Sülh Mükafatı sahibləri müəyyən olundu

Onlar “müharibə və hərbi münaqişələr zamanı cinsi zorakılığın silah kimi tətbiqinə qarşı” mübarizə apardıqlarına görə bu mükafata sahib olublar.

Nadia Murad Nobel sülh mükafatını alan ikinci gənc namizəd idi.

2011-ci ildə 21 yaşı olanda terror təşkilatı DEAŞ tərəfindən oğurlanan və 6 qardaşı öldürülən Nadia Murad Daha sonra təşkilatdan qaçıb Almaniyaya sığınmışdı. O, 2016-cı ildə BMT-nin xoşməramlı səfiri elan edilmiş və 2017-ci ildə Avropa Şurasının Vatslav Havel mükafatı ilə təltif edilmişdi.

Qeyd edək ki, bu il mükafata Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In, hüquq müdafiəçisi Amal Kluni namizəd göstərilmişdi.

 



Әlaqәli Xәbәrlәr