ABŞ-da silahlı hücum

ABŞ-ın Cənubi Karolina ştatının Vintage Place rayonunda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb.

1062296
ABŞ-da silahlı hücum

ABŞ-ın Cənubi Karolina ştatının Vintage Place rayonunda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb.

Bu barədə Florens dairəsinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlama ilə bağlı orderi təqdim edərkən sakinlərdən biri atəş açıb. O, mənzildə barrikada quraraq iki saata yaxın polisə müqavimət göstərib. Ancaq sonda şübhəlini yaxalamaq mümkün olub.

ABŞ prezidenti Donlad Tramp hadisəyə "twitter" hesabından reaksiya göstərib: "Bu gecə dualarım və düşüncələrim Cənubi Karolina ştatındakı Florens dairəsinin Fövqəladə Hallar İdarəsindəki əməkdaşlarımızın 24 saat, 7 gün, 365 gün bizim üçün etdiklərinə əbədiyyətədək minnətdarıq."



Әlaqәli Xәbәrlәr