Pentaqona zəhər ehtiva edən paketlər göndərilib

ABŞ Müdafiə Nazirliyinə (Pentaqon), ricin zəhəri ehtiva edən paketlər göndərilib.

1061235
Pentaqona zəhər ehtiva edən paketlər göndərilib

Bu barədə Pentaqon sözçüsü Polkovnik Rob Manninq məlumat yayıb. Onun sözlərinə görə birinci gün (1 Oktyabr) Pentaqonun bir bölməsində şübhəli maddə ehtiva edən bağlamalar tapılıb. Paketlər araşdırılmaq üzrə FBI təhvil verilib. Polkovnik Manninqin sözlərinə görə, həmin hadisə səbəbiylə dünən ABŞ Poçt xidməti vasitəsilə Pentaqona çatdırılan hər şey karantinə alınıb.

Pentaqonun yüksə seviyyəli bir rəsmisinin məlumatına görə ilk araşdırmalarda iki şübhəli zərfdə ricin zəhəri aşkarlanıb.



Әlaqәli Xәbәrlәr