"New York Times": "Yüzlərlə uşaq çöldə çürüyür. Trampın mərhəmətsiz siyasətlərinə son qoyun"

Amerika Birləşmiş Ştatlarının aparıcı qəzetlərindən biri olan  "New York Times'  Yayım Şurası "Yüzlərlə uşaq çöldə çürüyür. Trampın mərhəmətsiz siyasətlərinə son qoyun" başlıqlı bir məqalə qələmə aldı.

1060296
"New York Times": "Yüzlərlə uşaq çöldə çürüyür. Trampın mərhəmətsiz siyasətlərinə son qoyun"

Amerika Birləşmiş Ştatlarının aparıcı qəzetlərindən biri olan  "New York Times'  Yayım Şurası "Yüzlərlə uşaq çöldə çürüyür. Trampın mərhəmətsiz siyasətlərinə son qoyun" başlıqlı bir məqalə qələmə aldı.
 
Məqalədə ölkədəki nizamsız miqrant uşaqların saxlanılma böhranına Tramp rəhbərliyinin səbəb olduğu bildirilərək: "Bu ana qədər uşaq yaşlarında təxminən 2 min qanunsuz miqrant  gecənin yarısında sığındıqları yerlərdən alınıb avtobuslara mindirilərək, Texasda çölün ortasındakı Tornillodakı çadır şəhərciyə göndəriliblər" deyilir.
 
 Tramp rəhbərliyi dövründə nizamsız miqrant uşaqların həbs olunma nisbətində ciddi bir artım olduğuna diqqətin yetirildiyi məqalədə: "Əslində,  son iki ildə ABŞ-a miqrant axını əvvəlki illərdən daha böyük deyil. Bu məsələdə  Tramp rəhbərliyinin qəddar siyasəti günahlandırılmalıdır. Uşaqlara baxa biləcək insanlar uzaq tutulduqca, kimsəsiz qalan qaçqın uşaqlardan bir çoxu federal nəzarət altında çıxılmaz vəziyyətə sürükləniblər" şərhi verilir.
 
 Texas əyalətində uşaq miqrant məhbus mərkəzlərinin fiziki və cinsi istismar kimi məsələlərdə uşaqlara lazımi təhlükəsizliyi təmin etmədiyinin vurğulandığı məqalə bu ifadələrlə bitir: "ABŞ-ın miqrantlarla bağlı üzləşdiyi çətinliklərin uzunmüddətli həlli ancaq siyasi müqavilə və rəsmi siyasətin geniş bir şəkildə yenidən nəzərdən keçirilməsi ilə mümkün olacaq. Lakin həyatları onsuz da alt-üst olmuş uşaqları daha çox travmaya məruz qoymaq və müddətsiz olaraq həbs etmək yalnız bu ölkənin müdafiəsiz qəhvəyi dərili uşaqlara qarşı davranışının utancını dərinləşdirir.  Bizim uğursuzluqlarımızın izlərinin silinməsi uşaqların həyatları bahasına başa gələcək" .



Әlaqәli Xәbәrlәr