Çin ABŞ-la keçiriləcək təhlükəsizlik toplantısını ləğv etdi

Çin Amerika Birləşmiş Ştatları ilə bu ay keçirilməsi planlaşdırılan təhlükəsizlik toplantısını ləğv etdi.

1059896
Çin ABŞ-la keçiriləcək təhlükəsizlik toplantısını ləğv etdi

ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsi diplomatik əlaqələrə də təsir edir.

“New York Times” qəzetində verilən xəbərə görə, ABŞ-dan yüksək vəzifəli rəsmi şəxs Pekinin bu ay ABŞ müdafiə naziri  Cim Mattis (Jİm Mattis) ilə keçiriləcək təhlükəsizlik toplantısını ləğv etdiyini açıqladı.

Ləğv qərarı ABŞ-ın Çinə qarşı vergi tətbiqləri və Çin dənizi üzərindəki hərbi uçuşlarından sonra alınıb.

Lakin tərəflər ləğvin səbəbi ilə əlaqədar rəsmi açıqlama verməyiblər.

Ləğv edilən təhlükəsizlik toplantısının başqa bir tarixdə keçirilib-keçirilməyəcəyi isə məlum deyil.

Qeyd edək ki, çərşənbə günü keçirilən Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ prezidenti Donald Tramp Çini ölkəsindəki Konqres seçkilərinə müdaxilə etməkdə günahlandırmış, Çin Xarici İşlər naziri Wang Yi ittihamları rədd etmişdi.
 
Cümə günü mətbuat açıqlaması verən Wang Çinin şantajlara boyun əyməyəcəyini bildirmişdi.

 

 



Әlaqәli Xәbәrlәr