İndoneziyada zəlzələ və sunamidən ölənlərin sayı 800-ü keçdi

Bölgədə fövqəladə vəziyyət elan edilib.

1059228
İndoneziyada zəlzələ və sunamidən ölənlərin sayı 800-ü keçdi
endonezya deprem3.jpg
endonezya deprem2.jpg
endonezya deprem1.jpg
endonezya deprem1.jpg
endonezya deprem2.jpg
endonezya deprem3.jpg

  İndoneziyanın Sulavesi (Sulawesi) adasında 28 sentyabrda meydana gələn zəlzələ və ardınca yaranan sunami ölü sayını 832-yə çatdırıb.  

  “Kompas” qəzetinin xəbərinə görə, İndoneziya Fəlakət Agentliyi zəlzələ və ardınca sunaminin gəldiyi Polu şəhərində ölü sayının 832-ə çıxdığını açıqlayıb. Regionda torpaq sürüşmələri, infrastruktur və rabitə əlaqəsinin pozulması Donqqala (Donggala) zonasında nəqliyyat problemləri yaşadır. Bölgədə elektrik fasiləsi davam edir. Yanacaq, ərzaq və içməli su çətinlikləri yaşanır. Ərazidə 29 adam itkin düşüb, təxminən 17 min nəfər xilas edilib.

  Ölkə başçısı Coko Vidodo (Joko Widodo) axtarış-xilasetmə fəaliyyətlərinə dəstək məqsədilə bölgəyə hərbi qüvvə göndərilməsi üçün tapşırıq verib. Bölgədə fövqəladə vəziyyət elan edilib.



Әlaqәli Xәbәrlәr