BMT-nin arakanlı müsəlmanlar üçün “yeni mexanizm” qərarı

BMT İnsan Hüquqları Şurası arakanlı müsəlmanlar üçün “yeni mexanizm” qərarı qəbul etdi.

1058169
BMT-nin arakanlı müsəlmanlar üçün “yeni mexanizm” qərarı

BMT İnsan Hüquqları Şurasında  qəbul edilən təkliflə Myanmada arakanlı müsəlmanların 2011-ci ildən bəridir məruz qaldığı soyqırım və digər insan hüquqları pozuntularına dair dəlil əldə edilməsi və gələcəkdə keçiriləcək məhkəmə prosesi üçün sənədlər hazırlanması üçün “müstəqil bir mexanizm” qurulması qərara alındı.

Şurasının növbəti iclasında həmin mövzuya dair təqdim edilən təklifin lehinə 35, əleyhinə 3 səs vərildi, 7 səs isə bitərəf qaldı.  

Səsvermədə Çin, Filippin və Burundi qərarın əleyhinə səs verib.

İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqının təqdim etdiyi təklifin qəbul edilməsilə Myanmada arakanlı müsəlmanların 2011-ci ildən bəridir məruz qaldığı soyqırım və digər insan hüquqları pozuntularına dair dəlillərin toplanması üçün “müstəqil bir mexanizm” qurulacaq.

Qeyd edək ki, BMT-nin daha əvvəl qurduğu Beynəlxalq Myanma Müstəqil Araşdırma Missiyası müstəqil mexanizm qurulanadək vəzifəsini davam etdirəcək.

BMT-nin məlumatına görə, 25 avqust 2017-ci ildən sonra Arakandan qaçıb Banqladeşə sığınanların sayı 750 minə yaxınlaşıb. BMT və beynəlxalq insan hüquqları təşkilatları arakanlı müsəlmanlara istiqamətli zorakılığı “etnik təmizlik” yaxud “soyqırım” olaraq adlandırılır.



Әlaqәli Xәbәrlәr