"Bu rəhbərlik Orta Şərqdə İrana görə əziyyət çəkən ölkələrlə eyni mövqedədir"

Bunu Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Cim Mattis (Jim Mattis) jurnalistlərin suallarını cavablandırarkən söylədi

1057911
"Bu rəhbərlik Orta Şərqdə İrana görə əziyyət çəkən ölkələrlə eyni mövqedədir"

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Cim Mattis (Jim Mattis) Rumıniya müdafiə naziri Mixai-Viorel Fifor ilə görüşdü.

 Mattis görüşdən sonra jurnalistlərin suallarını cavablandırdı.

ABŞ müdafiə naziri bir jurnalist Ağ Ev milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun (John Bolton): "İrana cəhənnəmi yaşadacağıq" ifadəsini xatırladaraq, Vaşinqtonun hələ eyni mövqedə olub-olmaması ilə bağlı verdiyi suala belə cavab verdi: "Bu rəhbərlik Orta Şərqdə İranın pisliklərinə görə əziyyət çəkən bütün ölkələrlə eyni mövqedədir. Yəməndən Livana və Suriyada Əsədi hakimiyyətdə saxlamağa qədər hər şeyə onlar (İran) səbəb oldular. O müharibənin davam etməsinə görə birbaşa onlar məsuliyyət daşıyırlar. Bu cani davranışı davam etdikcə bu rəhbərlik və bütün müttəfiqlərimiz qəti şəkildə eyni mövqedə olacaq".

Mattis Venesuelaya qarşı müharibə planının hazırlanmadığını, ölkəsinin bölgəyə xəstəxana gəmisi göndərməyi planlaşdırdığını söylədi.

 

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr