"Rusiyanın Suriyaya S-300 raketləri verməsi böyük xəta olar", C.Bolton

Ağ Evin təhlükəsizlik üzrə müşaviri Con Bolton bölgədə olan Amerika qüvvələri üçün narahat olduqlarını bildirib.

1055939
"Rusiyanın Suriyaya S-300 raketləri verməsi böyük xəta olar", C.Bolton

Rusiyanın Suriyaya S-300 raketləri verməsi böyük xəta olar.
Bu sözləri Ağ Evin təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib

Bolton bildirib ki, Moskva bu addımı atarsa regionda vəziyyət daha da gərginləşər:“Rusiya rəhbərliyi bu qərara yenidən nəzər yetirməlidir. Mayk Pompeo və Sergey Lavrov BMT-nin iclasında bununla bağlı danışıqlar aparacaq”.

Bölgədə olan Amerika qüvvələri üçün narahat olduqlarını, israillilərin də “İranın təcavüzkar mövqeyinə” qarşı qanuni müdafiə haqqının olduğunu ifadə edən Bolton İran bölgədəki təsirini itirənədək Amerika qüvvələrinin Suriyadan ayrılmayacağını bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov 2 həftə ərzində Suriyaya modern S-300 sistemlərinin veriləcəyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr