Angela Merkel: "Aİ-nin xarici sərhədlərinin qorunması məsələsinə diqqət yetirilməlidir"

Almaniya kansleri Angela Merkelin paytaxt Berlində Aİ-nin dönəm sədri,  Avstriya Baş naziri Sebastyan Kurz ilə görüşü ərəfəsində birgə mətbuat konfransı təşkil edildi.

1050766
Angela Merkel: "Aİ-nin xarici sərhədlərinin qorunması məsələsinə diqqət yetirilməlidir"

Almaniya kansleri Angela Merkelin paytaxt Berlində Aİ-nin dönəm sədri,  Avstriya Baş naziri Sebastyan Kurz ilə görüşü ərəfəsində birgə mətbuat konfransı təşkil edildi.
 
Merkel  Avstriyanın Zalsburq şəhərində çərşənbə və cümə axşamı günü Aİ liderlərinin qeyri-rəsmi zirvə görüşünün keçiriləcəyini və avstriyalı həmkarı ilə  görüşündə orada müzakirə olunacaq mövzular ətrafında fikir mübadiləsi aparacaqlarını bildirdi, miqrasiyanın zirvə görüşünün ən mühüm məsələsi olacağını qeyd etdi.
 
 Almaniya kansleri: "Xarici sərhədlərin qorunması məsələsi ilə məşğul olmalıyıq" deyərək,  bu barədə Aİ Komissiyasının rəhbəri Jan Klod Yunkerin (Jean-Claude Juncker) ötən həftə Avropa Parlamentindəki çıxışında əhatəli təkliflər etdiyini və bunları məmnuniyyətlə qarşıladığını vurğuladı.
 
Zirvə görüşündə Afrika ölkələri ilə əməkdaşlıqdan da bəhs olunacağını söyləyən Merkel Afrika siyasəti ilə bağlı Aİ-də iş bölgüsü aparılmasını tələb etdi.
 
 Avstriya Baş naziri Sebastyan Kurz da zirvə görüşündə Britaniyanın Aİ-dən ayrılmasının (Brexit) və miqrasiya məsələlərinin ağırlıq təşkil edəcəyini  ifadə etdi.
 
  Brexit məsələsində Merkel ilə eyni fikirdə olduğunu vurğulayan Kurz: "Sərt Brexitin qarşısını almalıyıq" dedi. 
 
 Liderlər Aİ liderlərinin qeyri-rəsmi zirvə görüşündə konkret qərarların qəbul olunmayacağını da sözlərinə əlavə etdilər.



Әlaqәli Xәbәrlәr