Çilidə Katolik kilsələrdə uşaqlara cinsi istismar

Cənub Amerika ölkəsi Çilidə prokurorluğun qərarına görə, Katolik Kilsəsi yayında fəaliyyit göstərən yepiskopluq mərkəzlərinə basqın təşkil edilib.

1049294
Çilidə Katolik kilsələrdə uşaqlara cinsi istismar

 Mərkəzlərə əməliyyat qərarı uşaqlara qarşı cinsi istismar cinayətlərinin örtbasdır edildiyinə dair xəbərlərin yayılmasına görə aparılan istintaq çərçivəsində qəbul edilib.

Məlumata görə Prokuror Emiliano Ariasın qəbul etdiyi əməliyyat qərarıyla polis əməkdaşları Valparaiso, Chilla, Osorno və Concepcion bölgə yepiskopluq mərkəzlərinə basqın edərək tədqiqat aparıb. Polissi axtarışr zamanı xeyli sayda sənəd müsadirə edilib.

Qeyd edək ki, istintaq çərçivəsində ötən ay Santiaqoda Katolik Piskoposlar Konfransı qərargahına basqın təşkil edilmiş və Santiaqo Baş yepiskopu Kardinal Ricardo Ezzati, cinsi istismar iddialarına dair ifadə vermək üzrə məhkəməyə çağrılmışdı.

İstintaq çərçivəsində hazırlanan hesabata görə 178-i uşaq olmaqla 266 nəfər cinsi istismara məruz qalıb.



Әlaqәli Xәbәrlәr