Almaniya Xarici İşlər naziri Türkiyəyə təşəkkür etdi

Almaniya Xarici İşlər naziri Heiko Maas İranın paytaxtı Tehranda Suriya ilə bağlı keçirilən zirvə görüşündə atəşkəs təklifi ilə çıxış edən Türkiyəyə təşəkkür etdi.

1049209
Almaniya Xarici İşlər naziri Türkiyəyə təşəkkür etdi

Almaniya Xarici İşlər naziri Heiko Maas Berlində Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri Piter Maurer ilə  görüşdən sonra keçirilən mətbuat konfransında İdlib və ətrafında humanitar fəlakətin qarşısını almaq üçün hər şeyi etdiklərini söylədi.
 
 Bununla əlaqədar Türkiyə rəsmiləri ilə də görüşləri davam etdirdiklərini bildirən Maas  ötən həftə Tehranda keçirilən Türkiyə- Rusiya- İran zirvə görüşündə Türkiyənin  atəşkəs mövqeyi nümayiş etdirdiyini xatırlatdı və buna görə Türkiyəyə təşəkkür etdi.
 
 Almaniyalı nazir Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə bir gün əvvəl görüşdüyünü qeyd etdi, bu gün də Berlində qarşılayacağı Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə Suriya məsələsini müzakirə edəcəyi barədə məlumat verdi.
 
 Maas İdlibə böyük bir hücumun qarşısını ala biləcək hər bir vəziyyəti məmnuniyyətlə qarşıladığını vurğuladı.
 
Almaniya Xarici İşlər naziri  alman hökumətinin Beynəlxalq Qızıl Xaç Komitəsinə 150 milyon avro verəcəyini də bildirdi.



Әlaqәli Xәbәrlәr