Kolumbiya venesuelalılar mövzusunda beynəlxalq əməkdaşlıq axtarışlarını davam etdirir

Kolumbiya ölkələrini siyasi və iqtisadi qeyri-müəyyənliklər səbəbindən tərk edən venesuelalılar mövzusunda regional və beynəlxalq əməkdaşlıq axtarışlarını davam etdirir.

1048456

 Kolumbiya Xarici İşlər naziri Karlos Holmes Trujillo (Carlos Holmes Trujillo) Amerikan Dövlətləri Təşkilatının (OAS) Baş katibi Luis Almagronun ölkəsinə bununla bağlı edəcəyi səfərindən əvvəl qatıldığı "Caracol Radio" proqramında Kolumbiyadakı venesuelalılar barəsində açıqlamalar verdi.

Trujillo Kolumbiyaya Venesueladan gələn köç dalğası ilə bağlı: "Kolumbiya bu vəziyyəti təkbaşına həll edə bilməz. Biz venesuelalıları qarşılamaq üçün çox böyük səy göstəririk və buna davam edəcəyik. Lakin böhran bizim öhdəsindən gələ bilməyəcəyimiz bir miqyasdadır" dedi.
 
 Trujillo bu böhrandan çıxmaq üçün çoxtərəfli beynəlxalq fondun yaradılmasına ehtiyac olduğunu qeyd etdi.
 
 Kolumbiya prezidenti Ivan Duke (İvan Duque) də Amerikan Dövlətləri Təşkilatının nümayədəsi olan Alexandro Ordonezin ( Alejandro Ordonez) andiçmə mərasimində bu məsələdən danışdı.
 
Duque Venesueladan miqrasiyanın bütün Latın Amerikasına yayıldığını söylədi, Amerikan Dövlətləri Təşkilatının bu böhranla bağlı müzakirələrə liderlik etməsinin zəruriliyini vurğuladı.
 
Әlaqәli Xәbәrlәr