Tehran zirvəsinin dünya mətbuatındakı əks-sədası

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın İdlib şəhəri ilə əlaqədar "böhran xəbərdarlığı" dünya mətbuatında geniş əks-səda tapdı.

1045926
Tehran zirvəsinin dünya mətbuatındakı əks-sədası

 Sentyabrın 7-də İranın paytaxtı Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın: "İdlibin qan gölünə çevrilməsini istəmirik. Atəşkəsə doğru addım atılması faydalı olar" sözləri Türkiyə-İran-Rusya üçtərəfli zirvə görüşünə möhür vurdu.
 
 Türkiyənin humanist münasibəti həm Qərb, həm də ərəb mətbuatında geniş şəkildə əks olundu.
 
 ABŞ-ın "Washington Post" qəzeti prezident Ərdoğanın: "İdlibə hücum fəlakətlə nəticələnər" sözlərinə yer verdi.
 
 İngiltərənin "Reuters" xəbər agentliyi Türkiyə prezidentinin: "Ölümləri kənardan durub izləməyəcəyik" bəyanatını manşetə çıxardı, BBC televiziyası da "İdlibin qan gölü olmasını istəmirik" açıqlamasını səsləndirdi.
 
 İngiltərənin "Sky News" televiziya kanalı İdlibdə baş verə biləcəklərdən çox narahat olan ölkələrdən birinin Türkiyə olduğunu vurğuladı.
 
 Türkiyənin bu ana qədər milyonlarla qaçqını qəbul etdiyi xatırladılan xəbərdə Türkiyənin İdlibdən gələ biləcək yeni bir dalğanı istəmədiyi vurğulandı.
 
 Fransannın "Le Monde" qəzeti "Tehran zirvəsinin uğursuzluğundan sonra İdlibdə gerisayım başladı" ifadəsini işlətdi.
 
 Almaniyanın "Deutschlandfunk" qəzeti prezident Ərdoğanın atəşkəs istədiyi və Suriya rejiminin İdlibə hücum etməsi halında regionun qan gölünə çevriləcəyi barədə xəbərdarlıq etdiyini bildirdi.
 
 Hollandiyanın dövlət yayım qurumu NOS  İran ilə Rusiyanın İdlibi fəth etmək üçün hərbi əməliyyata qapıları açıq qoyduğunu, Türkiyənin isə atəşkəs istədiyini bildirdi.
 
 Rusiya yayım orqanı Sputnik isə, Ərdoğanın: "Məqsədimiz İdlib məsələsini Astana ruhuna uyğun bir şəkildə dinc vasitələrlə həll etməkdir" sözlərinə yer verdi.
 
 Ərəb mediası da Ərdoğanın humanitar böhranla bağlı xəbərdarlığını önə çıxardı.
 
 Qətər mərkəzli "Al-Jazeera" televiziyası prezident Ərdoğanın: "İdlibdə əlimiz- qolumuz bağlı dayanmayacağıq" sözlərini başlıqda səsləndirdi.
 
 İraqda yayımlanan dövlət qəzeti "Sabah" Ankaranın siyasi və coğrafi sabitlik bərqərar olana qədər səyini davam etdirəcəyini bildirdi.
 
 Livan mərkəzli "Cümhuriyyət" qəzeti də prezident Ərdoğanın yeni bir köç dalğası barədə xəbərdarlığından bəhs etdi.



Әlaqәli Xәbәrlәr