Kanada Suriya rəjimini beynəlxalq hüquq əsaslarına əməl etməyə çağırdı

Freeland verdiyi yazılı açaqlamada Suriya rejimi və müttəfiqlərinin toqquşmaların başladığı gündən bəridir beynəlxalq humanitar hüquq qaydalarını ciddi şəkildə pozduğunu bildirdi.

1044791
Kanada Suriya rəjimini beynəlxalq hüquq əsaslarına əməl etməyə çağırdı

Kanadanın Xarici İşlər naziri Chrystia Freeland verdiyi yazılı açaqlamada Suriya rejimi və müttəfiqlərinin toqquşmaların başladığı gündən bəridir beynəlxalq humanitar hüquq qaydalarını ciddi şəkildə pozduğunu bildirdi.

İdlib şəhərindəki son vəziyyətin dinc vətəndaşlar üçün təhlükəli olduğunu vurğulayan Freeland “Suriya rejimi və müttəfiqləri nizamlı olaraq mülki vətəndaşları hədəf götürərək, fərq qoymadan bombalamaqda davam edir. İdlibdəki Suriya rejiminin hücumlarının bu bölgədə olan 3 milyon sivil üçün fəlakət olacağına inanırıq. Bu mülki vətəndaşlar arasında uşaqlar, həkimlər, təcili yardım briqadaları və jurnalistlər var. Bunlar əsla hədəf götürülməməlidir” deyə qeyd edib.

Mülki vətəndaşlara, yardım missiyalarına və şəhərin kommunal xidmətlərinə istiqamətli bütün hücumları qınadıqlarını bildirən Kanadanın xarici işlər naziri deyib ki, Suriya rəjimini beynəlxalq hüquq əsaslarına əməl etməyə çağırırıq. Kanada İdlibdəki dəyişən hunamitar vəziyyəti təqib etməkdə davam edir və lazım gəldikdə cavab verməyə hazırdır. Əsəd rejiminin bir hərb cinayəti günahı təşkil edəcək İdlibdə öz xalqına qarşı kimyəvi silahlardan təkrar istifadə edə biləcəyi barədə narahatıq. Suriya rejiminin müttəfiqləri olaraq Rusiya və İran Suriya xalqının davam edən iztirabı və Əsəd rejiminin hücum yaxud kimyəvi silahla hücumlarının səbəb olduğu dağıntı və ölümün əxlaqi məsuliyyətini daşıyır.  



Әlaqәli Xәbәrlәr