Le Drianın Liviya diplomatiyası

Fransa xarici işlər naziri Jan-İv Le Drian (Jean-Yves Le Drian) Liviya məsələsi ilə bağlı BMT baş katibi Antonio Guterres və BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Gassan Selame ilə telefonla görüşdü.

1043988

 Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada telefon görüşlərində  Liviyadakı son proseslərin müzakirə olunduğu bildirilir.
 
 Açıqlamada:" Yan-İv Le Drian on gün davam edən qarşıdurmalardan sonra xüsusi nümayəndənin (Gassan Selame) vasitəçiliyi ilə dünən əldə olunan atəşkəs razılaşmasını məmnuniyyətlə qarşıladı" deyilir.
 
 Le Drianın telefon danışıqlarında Fransanın BMT-nin vasitəçiliyini dəstəklədiyi ifadə olunur.
 
 Qeyd edək ki, dünən BMT Liviya Dəstək Missiyası (UNSMIL) qarşıdurmaların təxminən on gün davam etdiyi Tripolidə atəşkəs haqqında razılaşmanın imzalandığını bildirib.

Әlaqәli Xәbәrlәr