BMT: “Suriyalı qaçqınlar üçün təcili yardıma zərurət var”

Sığınacaq axtaran Suriyalıların ehtiyaclarının təmini üçün 271 milyon dollara təcili zərurət var. Bu BMT Qaçqınlar üzrə Ali Komissarlığının yaydığı məlumatda bildirilib.

1044196
BMT: “Suriyalı qaçqınlar üçün təcili yardıma zərurət var”

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK)

İordaniyanın paytaxtı Əmmandakı ofisindən yayılan bəyanatda suriyalı sığınacaq axtaranların ehtiyaclarını qarşılamaq üçün 271 milyon dollara təcili zərurət olduğuna diqqət çəkilib. Sözü edilən pul ilə Suriya daxilində evsiz qalanlar ilə Türkiyə, Livan, İordaniya, Misir və İraqdakı Suriyalılar zəruri ehtiyacları təmin ediləcək. Şərhdə vurğulanıb ki, 2018-ci il ikinci dövründə yardıma daha çox möhtaç olan qaçqınlar dəstəklənməlidir.

BMT QAK-ın məlumatına görə, Suriyaya qonşu ölkələrdə 2,6 milyonu uşaq olmaqla 5,6 milyon Suriyalı  immiqrant var.



Әlaqәli Xәbәrlәr